Cüdoçularımız Belçikada ilk yarış günündə 7 medal qazandılar
Belçikanın Vise şəhərində cüdo üzrə Beynəlxalq Açıq Turnir start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə uğurla çıxış edərək 7 medal (2 qızıl, 2 gümüş və 3 bürünc) qazanıblar.
Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olublar.
Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə ediblər.
Ölkəmizin 31 cüdoçu ilə təmsil oldunduğu turnir bu gün yekunlaşacaq.təmsil olunur.
