Azərbaycan güləşçiləri dünya çempionatında 3 medal qazandılar
Azərbaycan komandası Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında ilk medallarını qazanıb.
"Mediasport" xəbər verir ki, finala vəsiqə qazanan İsfahan Həsənov (80 kq) gümüş mükafat əldə edib.
Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə mundialı bürünc medalla başa vurublar.
Xatırladaq ki, avqustun 2-dək keçiriləcək mundialda Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.




