Günay Qurbanova Avropa çempionatında qızıl medal qazandı

Günay Qurbanova Avropa çempionatında qızıl medal qazandı

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə final görüşünə çıxan Azərbaycanın təmsilçisi Günay Qurbanova ümidləri doğruldub.

59 kq çəki dərəcəsində yarışan 18 yaşlı idmançı qızıl medal uğrunda dueldə rəqibi türkiyəli Sevim Akbaşı tam üstünlüklə məğlub edərək (9:1) qitə çempionu olub.