Azərbaycan idmançıları Avropa Kubokunda mübarizəyə başladılar

Azərbaycan idmançıları Avropa Kubokunda mübarizəyə başladılar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa Kuboku turniri start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.

Avropa Kubokunda ümumilikdə 18 ölkədən 204 idmançı mübarizə aparır.

Bu gün oxatanlar sıralama turuna başlayıblar. Yarışa mayın 17-də yekun vurulacaq.