Dünya çempionatı: Azərbaycan yığması Kosovo ilə qarşılaşır

Azərbaycanın kişi basketbolçulardan ibarət yığma komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, A qrupunda mübarizə aparan kollektiv səfərdə Kosovo millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komandamız fevralın 23-də Bakıda İrlandiya seçməsi ilə üz-üzə gələcək.
Qrupa 8 xalla İsveçrə millisi başçılıq edir, İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncü, eyni xalı olan Kosovo dördüncü pillədə yer alıb.