Azərbaycan idmançısı dopinqə görə idmandan 2 illik uzaqlaşdırıldı
Azərbaycanın qol güləşçisi Təbriz Səfərov 2 illik diskvalifikasiya olunub.
Bu barədə "Mediasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.
Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq.
