Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu oldu!

 Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu oldu!

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı karyerasında ikinci dəfə analoji turnirdə çempionluğa yüksəlib.

Ötən il də birinci yeri tutan gənc pəhləvan bu dəfə finalda özbəkistanlı Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib.

82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə üçüncü yer uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətə 7:1 hesabı ilə qalib gələrək mundialın bürünc mükafatına yiyələnib.

Xatırladaq ki, daha əvvəl bu DÇ-də yunan-Roma güləşçilərimizdən Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) bürünc medal əldə ediblər.