Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 2-cidir
Azərbaycanda keçirilən III MDB Oyunlarında 3-cü yarış gününün ardından medal sıralamasında dəyişiklik olub.
"Mediasport" xəbər verir ki, bu gün 5 qızıl medal qazanan ölkəmiz cədvəldə ikinci pilləyə yüksəlib.
Komandamızın aktivində hazırda ümumilikdə 38 medal (5 qızıl, 17 gümüş, 16 bürünc) var.
Rusiya 49 medalla (34 qızıl, 8 gümüş, 7 bürünc) sıralamaya başçılıq edir.
Üçüncü pillədə qərarlaşmış Belarus 32 medal (4 qızıl, 13 gümüş, 15 bürünc) qazanıb.
13 iştirakçı ölkədən indiyədək 7 respublika təmsilçiləri medal qazanıblar.
Xatırladaq ki, Oyunlara oktyabrın 8-də yekun vuurlacaq.
