"Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə edəcəklər"

"Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə edəcəklər"

"Azərbaycanın sərbət güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında göstərdikləri nəticə qənaətbəxşdir. Ümumilikdə 71 xal toplayaraq, komanda hesabında dünya dördüncüsü olduq".

"Mediasport" xəbər verir ki, bunu U-20 sərbəst güləşçilərdən ibarət milli komandamızın böyük məşqçisi Arif Abdullayev deyib.

Mütəxəssis yığma üzvlərinin mundialdakı çıxışını dəyərləndirib. O, qeyd edib ki, millimiz Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərib:

"Bundan da yaxşı nəticə əldə edə bilərdik. Yusif Dursunov iranlı güləşçiyə sonuncu xal prinsipinə görə məğlub oldu. Əsas ümidlərimiz böyüklər arasında Avropa mükafatçısı olmuş Ağanəzər Novruzova idi. Ancaq nəticə gözlədiyimiz kimi olmadı.

Bəzi idmançılarımız fərdi səhvlərə görə məğlub oldular. Ümumilikdə nəticə qənaətbəxşdir. Gənclərimiz böyük perspektiv vəd edirlər. Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə edəcəklər".

Qeyd edək ki, U-20 Bolqarıstanda keçirilən DÇ-də 3 bürünc medal qazanıb.