Azərbaycan yığmasının lideri qayıtdı: "İnanılmaz emosiyalardır"

"İdmana qayıtdım və il yarımlıq fasilədən sonra gücümü sınadım. İnanılmaz emosiyalardır - yenidən tatamiyə qayıtdım".
"Mediasport" xəbər verir ki, bu fikirlər Azərbaycanın qadınlardan ibarət karate yığmasının lideri İrina Zaretska (68 kq) məxsusdur.
Dünya və Avropa çempionu analıq məzuniyyətindən sonra yenidən meydanlara qayıdışı haqda paylaşım edib:
"Bəli, bu dəfə qrupdan çıxıb medallar uğrunda mübarizə apara bilmədim, amma inanın ki, bu, sadəcə, başlanğıcdır. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, Olimpiya mükafatçısı Misirin paytaxtı Qahirədə keçirilən keçirilən Premyer Liqa yarışının üçüncü mərhələsində medalçıılar sırasına düşəb ilməyib.