AÇ: İstanbuldakı turnirdə yarışacaq millimiz bu rəqiblərlə qarşılaşacaq

  AÇ: İstanbuldakı turnirdə yarışacaq millimiz bu rəqiblərlə qarşılaşacaq

Qızlardan ibarət basketbol üzrə Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, milli komandamız 20-29 avqustda Türkiyənin İstanbul şəhərində keçiriləcək turnirdə B qrupunda yer alacaq.

Xatırladaq ki, Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.

Avropa çempionatı. B divizionu. B qrupu

20 avqust

14:00 Azərbaycan - İsveç

22 avqust

21:30 Azərbaycan - Niderland

24 avqust

19:00 Azərbaycan - Slovakiya

25 avqust

21:30 Azərbaycan - Lüksemburq