Avropa çempionatı: Millimiz Bolqarıstana qalib gəldi

 Avropa çempionatı: Millimiz Bolqarıstana qalib gəldi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində növbəti matçına çıxıb.

"Mediasport" xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma ikinci tur çərçivəsində Bolqarıstanla qarşılaşıb.

Bayıl stadionunda keçiriləcək görüş komandamızın qələbəsi ilə yekunlaşıb - 3:2.

Raundun oyunları Bakıda keçirilir, qrupun digər dueli Lüksemburq və Malta seçmələri arasında olub (5:0).

Qeyd edək ki, millimiz ilk matçda Lüksemburqa 0:5 hesabı ilə uduzub.