Millimizin futbolçusu Super Liqa çempionluğunun biraddımlığında

Millimizin futbolçusu Super Liqa çempionluğunun biraddımlığında

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatia” Albaniya Super Liqasında finala vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, müdafiəçinin komandası pley-offun yarımfinalında “Partizani” ilə qarşılaşıb.

Zamiqin 90 dəqiqə meydanda olduğu matçda qol vurulmayıb və "Eqnatia" şəxsi göstəricilərdəki üstünlüyünə görə çempionluq görüşünə yüksəlib.

Roqojina təmsilçisi Super Liqanın qızıl medalları uğrunda dueldə "Vlajnia" ilə üz-üzə gələcək.

Bir oyundan ibarət olacaq final mayın 12-də keçiriləcək.