Azərbaycan klubunun üzvü DÇ üçün ilkin heyətə dəvət edildi

Azərbaycan klubunun üzvü DÇ üçün ilkin heyətə dəvət edildi

Tarixində ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanan Özbəkistan milli komandasının 30 nəfərlik ilkin heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Sabah"ın formasını geyinən Umarali Raxmonaliyev də siyahıda yer alıb.

Fabio Kannavaronun baş məşqçisi olduğu komanda K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə üz-üzə gələcək.

Umarali 2025/2026 mövsümündə Masazır təmsilçisinin heyətində həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olub.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.