Paytaxt klubu Sadiq Bağıyevin transferindən 14 milyon qazandı
Rusiyanın "SKA-Xabarovsk" klubunun azərbaycanlı futbolçusu Sadiq Bağıyev komandasını dəyişib.
"Mediasport" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Moskva "Torpedo"suna keçib.
Paytaxt təmsilçisi AFFA-nın əsas milliyə cəlb etmək istədiyi həmyerlimizlə 3,5 illik müqavilə imzalayıb.
Transferə görə Xabarovsk klubu 14 milyon rubl (təxminən 300 min manat) irəli düşüb.
Xatırladaq ki, uzun illərdir Rusiyada yaşayan Bağıyev daha əvvəl "Kuban", "Ekaterinodar" və "Spartak" (Tambov) klublarında da oynayıb.
