Cüdoçumuz ötən həftə bürünc, bu dəfə gümüş medal qazandı

 Cüdoçumuz ötən həftə bürünc, bu dəfə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşangi Kokauri Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, yalnız finalda məğlub olan idmançımız gümüş medal qazanıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici dueldə rusiyalı İnal Tasoyevə uduzub.

Xatırladaq ki, Kokauri ötən həftə Tacikistanın paytaxtı Düşənbədə baş tutan "Böyük Dəbilqə" yarışında bürünc mükafat əldə etmişdi.