Azərbaycan Kubokunda 1/4 final görüşləri rəqəmlərin gözü ilə

 Azərbaycan Kubokunda 1/4 final görüşləri rəqəmlərin gözü ilə

Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun 1/4 final mərhələsinin rəqəmlərlə göstəricisindən ibarət statistika hazırlayıb.

"Mediasport" xəbər verir ki, yarışın bu raundunun ilk qarşılaşmaları iki günü əhatə edəcək.


Azərbaycan Kuboku. 1/4 final. 
İlk oyunlar


4 fevral (çərşənbə)

“Sumqayıt” - “Zirə” – 2 oyun, +0=2-0, top fərqi 3-3

Hər iki görüş heç-heçə başa çatıb. Yeddi il əvvəlki yarımfinalın taleyini səfər qolları həll edib.

2018/19 1/2 final Sumqayıt - Zirə (Bakı) 0:0, 3:3


“Sabah” - “Qəbələ” – 4 oyun, +0=0-4, top fərqi 2-8

Komandaların yolları 3-cü dəfə - yenə 1/4 finalda kəsişir. Əvvəlki 4 oyunun hamısındaa “Qəbələ” qalib gəlib.

2018/19 1/4 final Qəbələ - Sabah (Bakı) 1:0, 1:0

2019/20 1/4 final Qəbələ - Sabah (Bakı) 3:0, 3:2

 
5 fevral (cümə axşamı)

“Şamaxı” - “Qarabağ” – 13 oyun, +2=2-9, top fərqi 7-22

“Qarabağ” son 4 oyunda qələbə qazanıb. Ağdam klubu son 9 matçda qol sevinci yaşayıb.   

2004/05 1/8 final Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2 

2007/08 1/4 final Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1 

2008/09 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1 

2015/16 1/2 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1

2018/19 1/4 final Qarabağ (Ağdam) - Keşlə 1:0, 1:1

2019/20 1/4 final Qarabağ (Ağdam) - Keşlə (Bakı) 1:0, 3:1

2021/22 1/4 final Qarabağ (Ağdam) - Keşlə (Bakı) 1:0, 6:0


“Turan Tovuz” - “Kəpəz” – 2 oyun, +1=1-0, top fərqi 4-3

Hər iki qarşılaşmada tərəflərin ikisi də qol vurub. Yeganə qələbə Tovuz təmsilçisinin hesabındadır.

2022/23 1/4 final Kəpəz (Gəncə) - Turan Tovuz 1:2, 2:2