UEFA ötən mövsüm Azərbaycan klublarına 12 milyon avro ödəyib

UEFA ötən mövsüm Azərbaycan klublarına 12 milyon avro ödəyib

Azərbaycan klublarının ötən mövsüm UEFA-dan əldə etdiyi gəlirlər açıqlanıb.

"Mediasport" xəbər verir ki, Avropa futbol təşkilatı təmsilçilərimizə ümumilikdə 12 milyon avro ödəniş edib.

Məbləğin böyük hissəsi UEFA Avropa Liqasında 1/8 finala qədər irəliləyən "Qarabağ"ın payına düşüb.

Qurum 2024-cü ildə maliyyə hesabatını ən erkən təqdim edən klubların adlarını da paylaşıb.

Avropanın 34 ölkəsindən 133 klubun yer aldığı siyahıda "Qarabağ" və "Sabah" da yer alıb.