Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinə yekun vuruldu

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümü üçün 1-ci təsnifat mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.
Bununla da 2-ci raundun bütün iştirakçıları müəyyənləşib.
Xatırladaq ki, dünən baş tutan 4 qarşılaşmadan sonra "Şəki Siti", "Qaradağ Lökbatan", "Dinamo" və "Ağstafa Gəncləri" növbəti mərhələyə vəsiqə qazanıblar.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
10 oktyabr (cümə)
“Göygöl” – “Şəmkir” 1:0
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu
“Quba” – “Xankəndi” 1:2
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Quba. Olimpiya İdman Kompleksinin stadionu