Ən az "Səbail", ən çox "Qarabağ"

Ən az "Səbail", ən çox "Qarabağ"

Ötən mövsüm Azərbaycan Premyer Liqasında meydana ən çox əcnəbi futbolçu buraxan komanda "Qarabağ" olub (17).

"Mediasport" xəbər verir ki, bu göstəriciyə əsasən, ən az əcnəbi yeni mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq "Səbail"də oynayıb (12).

Ən az yerli futbolçunun oynadığı klub "Zirə"dir. "Qartallar" Azərbaycan vətəndaşlığı olan 12 oyunçuya ehtiyac duyub.

"Şamaxı" isə yerli futbolçulara ən çox şans verən (22) klubdur.

"Şamaxı", "Sumqayıt" və "Kəpəz" 34 oyunçudan istifadə edib. Ən az göstərici isə "Araz-Naxçıvan"a məxsusdur - 25.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.