"Sabah"ın qapıçısı millidən ayrıldı, onun yerinə "Neftçi"dən çağırdılar

 "Sabah"ın qapıçısı millidən ayrıldı, onun yerinə "Neftçi"dən çağırdılar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, “Sabah”ın qapıçısı Rauf Əyyubov zədələndiyi üçün yığmadan ayrılıb.

Onun əvəzinə heyətə “Neftçi”dən Məhdi Həsənov çağırılıb.

Qeyd edək ki, U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.