Avropa Kuboku: Azərbaycan cüdoçularından ilk gün 12 medal

Qubada start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk günü yekunlaşıb.
"Mediasport" xəbər verir ki, yarışın ilk mərhələsində 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçiləri ilk gündə ümumilikdə 12 medal qazanıblar – 3 qızıl, 3 gümüş və 6 bürünc.
Oğlanlar arasında Anar Quliyev (-50 kq) və Zeyd Ələsgərov (-60 kq), qızların yarışında Nuranə Hacızadə (-48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.
Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq) və Leyla Ələkbərova (-48 kq) gümüş medalla kifayətləniblər.
İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) isə bürünc medal qazanıblar.
Sabah yekunlaşacaq Avropa Kubokunda Azərbaycan 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.