Azərbaycan millisi ikinci matçda da Qazaxıstan yığmasına uduzdu
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, U-17 bu dəfə də Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Yenə qələbə qazanan tərəf qonaqlar olublar - 0:1.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk oyunda Qazaxıstan millisi 5:2 qələbə əldə etmişdi.


