Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla yollar ayrılıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) "Mediasport"a verilən məlumata görə, rusiyalı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.
Qeyd edək ki, yığmamız 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.
