Bakıda 14 ölkənin iştirakı ilə təlim-məşq toplanışı start götürdü

Bakıda 14 ölkənin iştirakı ilə təlim-məşq toplanışı start götürdü

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı start götürüb.

"Mediasport" xəbər verir ki, Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın cüdoçuları hazırlıq keçirlər.

Fevralın 21-dək davam edəcək təlim-məşqdə 100-dən çox idmançı iştirak edir.

Beynəlxalq toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.