Cüdo Federasiyası növbəti kəmər imtahanını Yardımlıda keçirəcək

  Cüdo Federasiyası növbəti kəmər imtahanını Yardımlıda keçirəcək

Sabah Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

"Mediasport" xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.