Millimiz dünya çempionatında 3 medalla sıralamada 14-cü oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar başa çatıb.
"Mediasport" xəbər verir ki, mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanan Azərbaycan millisi yarışda 3 medal qazanıb.
Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc mükafatla kifayətləniblər.
Bu göstərici ilə komandamız ümumi hesabda 14-cü yeri tutub.
Yaponiya yığması 6 qızıl, 4 gümüş və 4 bürünc medalla birinci olub.
Cüdoçularımız sabah komandalar arasında dünya çempionatında yarışacaq.