Azərbaycan cüdoçusu dünya çempionatında 1/4 finala yüksəldi

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın bir üzvü mübarizəyə qoşulub.
81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.
Təmsilçimiz çinli Jianqnan Vanq və braziliyalı Luan Almeydanı yolundan kənarlaşdıraraq 1/4 finala yüksəlib.
Zelim yarımfinal yolunda Yun-Xvan Li (Cənubi Koreya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.
Daha əvvəl yarışan 8 idmançımız - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, 52 kq, Fidan Əlizadə, 57 kq, Əhməd Yusifov, 60 kq, Ruslan Paşayev, 66 kq, Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) medal qazana bilməyib