Fransalı futbolçu "Qarabağ"ın heyətində ilk oyununu keçirəcək
"Qarabağ"ın yeni transferlərindən Jeremi Qnali Ağdam klubunun heyətində bu gün debüt edəcək.
"Mediasport" xəbər verir ki, fransalı futbolçu Azərbaycan Kubokunda 1/4 finalın "Şamaxı" ilə cavab oyununda şans qazanacaq.
Baş məşqçi Qurban Qurbanov 23 yaşlı sol cinah müdafiəçisinin adını start heyətə daxil edib.
Xatırladaq ki, "atlılar" Kiprin AEK klubundan heyətə cəlb olunan Qnali ilə ötən ayın əvvəlində 2,5 illik müqavilə bağlayıblar.
