Prezidentin köməkçisi Anar Ələkbərov Senatın üzvü seçildi

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Senatına üzv seçilib.
Bu barədə "Mediasport"a federasiyadan məlumat verilib.
Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FİA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.
Qeyd edək ki, Senat FİA-nın ali idarəetmə orqanıdır.