Azərbaycan millisi Macarıstanda yoxlama oyunları keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
"Mediasport" xəbər verir ki, yığmamız bu səbəbdən Macarıstana yola düşüb.
Millimiz mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında iştirak edəcək. Daha sonra komandamız hazırlıqlarını Sloveniyada davam etdirəcək.
Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.
Hazırlıq proqramı çərçivəsində milli komandamızın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.
Yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.
