Azərbaycan güləşçisi Yunanıstanda dünya çempionu adını qazandı!

Azərbaycan güləşçisi Əli Nəzərov Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatının qalibi olub.
"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan yeniyetmə pəhləvan mundialın üçüncü günündə Azərbaycan himnini səsləndirib.
Hikmət Haqverdiyev (51 kq) gümüş, Abdurrahman Hüseynli (45 kq) isə bürünc mükafata sahib çıxıb.
DÇ-də 10 idmançı ilə təmsil olunan yunan-Roma komandamız (Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) turniri bir dəst medalla başa vurub.
Millimiz 100 xalla komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.