"Qarabağ"dan növbəti transfer - Xorvatiya nəhənginin üzvü gəldi

"Qarabağ"dan növbəti transfer - Xorvatiya nəhənginin üzvü gəldi

Yeni mövsümün heyət çalışmalarını sürətləndirən “Qarabağ” daha bir transfer həyata keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiya nəhəngi "Dinamo"dan Sami Mmae ilə anlaşıb.

Ağdam klubunun mərakeş əsilli belçikalı mərkəz müdafiəçisi ilə müqaviləni bu gün-sabah açıqlayacağı gözlənilir.

Məlumata görə, Zaqreb klubu ilə 2028-ci ilədək müqaviləsi olan 28 yaşlı futbolçu Azərbaycan çempionunun heyətində icarə əsasında çıxış edəcək.

Mmae "Dianmo"dan əvvəl "Ferensvaroş" (Macarıstan), "Sent Trüyden" (Belçika), "Maastrixt" (Niderland) və "Standard" (Belçika) klublarında oynayıb.

Ötən mövsüm Xorvatiya klubunun forması ilə 21 görüş keçirib.

Qeyd edək ki, "köhlən atlar" onadək Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya) və Kris Kuakunu ("Mafra", Portuqaliya) transfer ediblər.