Azərbaycan yığma komandasının futbolçusu yenidən "Beşiktaş"da

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Yeliz Açar Türkiyədə klubunu dəyişib.
"Mediasport" xəbər verir ki, 28 yaşlı müdafiəçi növbəti mövsüm “Beşiktaş”ın formasını geyinəcək.
Son olaraq “Fatih Vatan”da çıxış etmiş futbolçu 2014-2016-cı illərdə də İstanbul təmsilçisinin heyətində oynayıb.
Qeyd edək ki, milliləşdirilmiş türkiyəli 2019-cu ildən Azərbaycan yığmasında çıxış edir.