Güləşçilərimiz Dünya Seriyasının IV mərhələsində 7 medal qazandı
Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 7 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil olunan yarışda Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar.
Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş mükafat əldə ediblər.
Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.
Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub.
Gürcüstan 62 xalla ikinci, Ukrayna isə 45 xalla üçüncü yeri tutub.
Qadınların komanda hesabında isə Azərbaycan yarışı 40 xalla ikinci, Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü pillədə başa vurub.
Qeyd edək ki, ilk dəfə ölkəmizdə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb.
Dünya Seriyasının final mərhələsi 26-27 sentyabrda Yunanıstanın Katerini şəhərində keçiriləcək.
Orada bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.
Kişilər
70 kq
1. Oleksey Boruta (Ukrayna)
2. Konstantin Topşinoyev (Rusiya)
3. Levan Kelexsaşvili (Gürcüstan)
80 kq
1. Vüsal Əliyev (Azərbaycan)
2. Sahib Dadaşov (Azərbaycan)
3. Cavid Niftəlizadə (Azərbaycan)
90 kq
1. Əşrəf Aşırov (Azərbaycan)
2. Evsem Şvelidze (Gürcüstan)
3. Ramiz Həsənov (Azərbaycan)
+90 kq
1. Camal Feyziyev (Azərbaycan)
2. Vaja Dayauri (Ukrayna)
3. Mamuka Kordzaya (Gürcüstan)
Qadınlar
50 kq
1. Viktoriya Slobodenyuk (Ukrayna)
2. Ana Mariya Rotaru (Rumıniya)
3. Diana Risova (Ukrayna)
60 kq
1. Oksana Moskalova (Ukrayna)
2. Nərgiz Səmədova (Azərbaycan)
3. Lidiya Torino (İspaniya)
70 kq
1. Olena Nikitinska (Ukrayna)
2. Qalina Olekseyvska (Ukrayna)
3. İrina Rinqaçi (Moldova)
+70 kq
1. Darya Konstantinova (Ukrayna)
2. Eliana Bommarito (ABŞ)
3. Mariya Zenkina (Ukrayna)


