Azərbaycandan ayrılandan sonra iki aya ikinci dəfə komanda dəyişdi

Azərbaycandan ayrılandan sonra iki aya ikinci dəfə komanda dəyişdi

İyunda “Araz-Naxçıvan”dan ayrılan Kristian Avram yenidən klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, moldovalı qapıçı Albaniyaya üz tutub.

Azərbaycandan ayrılandan sonra vətənində "Petrokub"la müqavilə bağlayan qolkiper "Vlajniya"ya keçib.

32 yaşlı qapıçı albanlarla iki illik sözləşməyə qol çəkib.