Azərbaycan UEFA reytinqində Sloveniyanı keçdi, İsrailə az qaldı...
Azərbaycan UEFA reytinqində Sloveniyanı keçib.
"Mediasport" xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah"ın qələbəsi ilə reallaşıb.
Xal ehtiyatını 23,687-yə çatdıran Azərbaycan 25-ci sıraya yüksəlməklə İsrailə də çatıb.
24-cü pillədə qərarlaşmış İsrailin hesabında 23,750 əmsal var.
Reytinq cədvəlinə 101,907 əmsalla İngiltərə başçılıq edir.


