Azərbaycanın FİFA hakimləri beynəlxalq oyunlara təyinat aldı

Azərbaycanın FİFA hakimləri beynəlxalq oyunlara təyinat aldı

Azərbaycanın FİFA hakimləri iyun ayında baş tutacaq yoldaşlıq oyunlarına təyinat alıblar.

"Mediasport" xəbər verir ki, Əliyar Ağayev Minskdə Belarus - Suriya qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.

Tural Qurbanov isə Kişineuda Moldova - Bolqarıstan görüşündə ədaləti qoruyacaq. Yan xətt hakimlərindən biri kimi Cəmil Əliyev işləyəcək.

Hər iki matç iyunun 5-də keçiriləcək.