"Sabah"ın 2-ci raundda mümkün rəqibi məlum olur - YENİLƏNİR

"Sabah"ın 2-ci raundda mümkün rəqibi məlum olur - YENİLƏNİR

2026/2027 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah"ın yarışın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün məlum olacaq.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə "bayquşlar"ın adı səpələnməmişlər səbətində olacaq.

Ölkə çempionunun mümkün rəqibləri "Srvena Zvezda" (Serbiya), Dinamo (Zaqreb, Xorvatiya), "Slovan" (Slovakiya), Lex (Poznan, Polşa), "Çelye" (Sloveniya), "Omoniya" (Kipr), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya), "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Jalgiris" (Litva) - "Drita" (Kosovo), "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) və "Borats" (Bosniya və Herseqovina) - "Levski" (Bolqarıstan) cütünün qalibidir.

Xatırladaq ki, "Sabah" turnirin 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə üz-üzə gələcək.