Premyer Liqaya çempion kimi qayıdan "Qəbələ"də yeni məşqçi!

1 illik fasilədən sonra Premyer Liqaya qayıdan "Qəbələ"də yeni məşqçi təyinatı olub.
"Mediasport" xəbər verir ki, 1-ci Liqa çempionunun kapitanı Asif Məmmədov bundan sonra komandada oynayan məşqçi olacaq.
39 yaşlı yarımmüdafiəçi oynamaqla yanaşı, baş məşqçi Kaxaber Çxadadzenin köməkçilərindən biri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Asif Məmmədov 2015-ci ildən çıxış etdiyi Qəbələ klubunun heyətində 234 oyun keçirib, 11 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.