Azərbaycanın hansı klubları "Traktor"u təbrik etdilər? - SİYAHI

Azərbaycanın hansı klubları "Traktor"u təbrik etdilər? - SİYAHI

Türk dünyasının futbol klubları 55 illik tarixində ilk dəfə İran çempionluğunu qazanan Cənubi Azərbaycanın "Traktor" klubunu təbrik edirlər.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri də cənublu qardaşlarına tarixi zəfər münasibətilə təbriklər ünvanlayırlar.

Görəsən, Azərbaycanın hansı klubları Təbriz təmsilçisinin böyük nailiyyəti ilə bağlı paylaşım edib?

Premyer Liqanın 10 klubunun hamısı - “Qarabağ”, “Zirə”, "Araz-Naxçıvan", "Turan Tovuz", "Sabah", “Neftçi”, "Şamaxı", "Sumqayıt", "Kəpəz" və "Səbail" sosial media hesablarında paylaşım edərək "Traktor"a təbriklərini çatdırıblar.

1-ci Liqa təmsilçiləri - "Qəbələ", "Karvan" və "İmişli", həmçinin, 2-ci Liqadan "Araz-Saatlı" və "Baku Sporting" də təbriklərə qoşulublar.

Qeyd edək ki, "qızıl qurdlar" İran Pro Liqasında çempionluğu mövsümün sonuna iki tur qalmış Qəzvin səfərində rəsmiləşdiriblər.