FOTO: FİFA-nın prezidentindən "Qarabağ"a çempionluq təbriki

FOTO: FİFA-nın prezidentindən "Qarabağ"a çempionluq təbriki

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino "Qarabağ"ı növbəti dəfə Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib.

"Mediasport" xəbər verir ki, qurum rəhbəri bu məqsədlə AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

Funksioner məktubunda Ağdam klubunu təbrik etməkdən məmnun olduğunu diqqətə çatdırıb.


Məktubda deyilir:

"Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".

Hörmətlə,

Canni İnfantino