Bu azarkeşlər "Neftçi"nin növbəti oyununa pulsuz buraxılacaqlar

Bu azarkeşlər "Neftçi"nin növbəti oyununa pulsuz buraxılacaqlar

Dekabrın 15-də Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutacaq “Neftçi” - “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşmaya biletlərin qiyməti 2 manatdan (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları) başlayır.

Digər yerlərə biletləri 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) manatdan əldə etmək olar.

Biletlər “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytında onlayn satılır.

Stadionun kassasında isə oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, noyabrın 23-də reallaşmış “Neftçi” - “İmişli” oyununa onlayn bilet əldə etmiş azarkeşlərin “Sumqayıt”la oyuna girişi sərbəst olacaq.