Qərb derbisində anşlaq olacaq?

 Qərb derbisində anşlaq olacaq?

"Kəpəz" avqustun 30-da Azərbaycan Premyer Liqasının 3-cü turunda yeni tikilən Gəncə şəhər stadionunda ilk matçını "Turan Tovuz"a qarşı keçirəcək.

"Mediasport" xəbər verir ki, qərb derbisi üçün bilet satışı davam edir.

Hazırda 5000 bilet öz sahibini tapıb.

Biletləri Gəncə şəhər stadionunun bilet satış məntəqəsindən və iTicket.az platforması üzərindən onlayn əldə etmək mümkündür.

Qarşılaşma saat 18:00-da start götürəcək.