3 futbolçu yığmamızın axşamkı matçında olmayacaq - ADLAR
Bu axşam UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Lixtenşteyn yığmasının qonağı olacaq Azərbaycan milli komandasının oyun üçün sifariş ərizəsi dəqiqləşib.
"Mediasport" xəbər verir ki, 3 futbolçunun adı bugünkü qarşılaşmanın "23-lüy"ünə daxil olunmayıb.
UEFA-ya təqdim edilən siyahıda Namik Ələskərov, Murad Məmmədov və Nihad Əhmədzadə yer almayıblar.
Görüş Bakı vaxtilə saat 23:45-də start götürəcək.

