Azərbaycanın üç güləşçisi beynəlxalq turnirdə çempion oldu

 Azərbaycanın üç güləşçisi beynəlxalq turnirdə çempion oldu

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turniri keçirilib.

"Mediasport" xəbər verir ki, ənənəvi turnirin son 2 günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Ruslan Abdullayev (65 kq) qızıl, onunla eyni çəkidə yer alan Musa Ağayev bürünc medal qazanıb.

Yunan-Roma güləşində Ruslan Nurullayevlə (72 kq) Tuncay Vəzirzadə (87 kq) çempion olub, Nihat Məmmədli (63 kq) bürünc medalı boynundan asıb.

Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 4 medal qazanıblar - sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc, yunan-Roma güləşində Sərxan Məmmədov (130 kq) gümüş, ən ağır çəkidəki digər təmsilçimiz Beka Kandelaki isə bürünc medal əldə edib.