Bakıda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirildi

Bakıda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirildi

Azərbaycan İdman Akademiyasının təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünə və ASA-nın 95 illik yubileyinə həsr olunmuş “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxış ediblər.

İki gün davam edəcək konfrans çərçivəsində idmanda kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması, idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman fəaliyyətlərinin təşkili istiqamətində məruzələr dinləniləcək.