Nazir BMT-nin Azərbaycan üzrə əlaqələndiricisi ilə görüşdü

 Nazir BMT-nin Azərbaycan üzrə əlaqələndiricisi ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

"Mediasport" xəbər verir ki, görüş zamanı ötən illər ərzində BMT-nin Azərbaycan ofisi ilə Gənclər və İdman Nazirliyi arasında formalaşmış uğurlu əməkdaşlıq modeli və bu əməkdaşlığın Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” çərçivəsində davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Vladanka Andreyeva Azərbaycanda dörd ildən artıq davam edən fəaliyyəti dövründə BMT-nin ölkə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlıq və səmərəli əməkdaşlığa görə cənab nazirə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər platformasının təsiri və davamlılığın ölkənin insan kapitalının inkişafına verdiyi töhfə alqışlanıb.