Fərid Qayıbov Somalinin gənclər və idman naziri ilə görüşdü
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqu işinə başlayıb.
"Mediasport" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov xüsusi qonaqlardan Somalinin gənclər və idman naziri Mohamed Abdulkadiri qəbul edib.
Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
