Erməni idmançı yığmamızın üzvü ilə yarışmaqdan imtina etdi

Erməni idmançı yığmamızın üzvü ilə yarışmaqdan imtina etdi

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində daha 2 cüdoçumuz medal qazanıb.

"Mediasport" xəbər verir ki, Zelim Kotsoyev (100 kq) bürünc medal uğrunda yarışda qalib gəlib.

Rusiya təmsilçisi Arman Adamiyan təmsilçimizlə döyüşməkdən imtina edib.

90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev də turniri bürünc medalla başa vurub.

Xatırladaq ki, ilk yarış günündə Balabəy Ağayev çempion olub, Nizami İmranov bürünc mükafat əldə edib.